I Obodat (, ; ) — eramızdan əvvəl 96–85-ci illərdə Nəbati hökmdarı (hakimiyyəti: e.ə. 96–85-ci illər). Nəbatiyyəyə hücum edən həm Hasmoney, həm də Selevki qüvvələrini məğlub etdiyi üçün xalqı tərəfindən yüksək qiymətləndirilən I Obodat ölümündən sonra ilahiləşdirilmiş və ona sitayiş olunmuşdur. Lakin bu yanaşmanın müasir elm üçün böyük dərəcədə qaranlıq qalan nəbati dini adətlərinin yanlış anlaşılmasından qaynaqlana biləcəyi də ehtimal edilir. Eyn-Avdatda onun şərəfinə həkk olunmuş nəbati yazısı bəbatı əlifbası ilə yazılmış ərəb dilindəki poetik şeirin ən qədim nümunələrindən biri hesab olunur. Avdat şəhərinin adı da onun şərəfinə adlandırılmışdır.
Adı Onun nəbati arami dilindəki adı Fələstinin Negev səhrasında yerləşən və bir vaxtlar idarə etdiyi nəbati şəhərlərindən birinin xarabalıqlarından təxminən 4 kilometr məsafədə, Eyn-Avdat dərəsinə baxan qaya üzərindəki yazıda tapılmışdır. Dörd hərfdən ibarət olan bu ad Avdat şəhərinin ilkin ərəbcə adı olan Əbdə kimi transkripsiya edilir.Sharon 1997, p. 190–194 Əl-Məllah onun adını ərəbcə "Tanrının bəndəliyi, itaəti və ya ona sitayiş" mənasını verən Ubadə kimi təqdim etmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Nəbati hökmdarları