() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Avrasiya və Şimali Amerikada vəhşi təbiətdə geniş yayılmışdır və kulinariya və tibbi məqsədlər üçün becərilir.

Botaniki təsviri Çoxillik ədviyyəli bitkilərdəndir. Yerüstü hissəsi kolşəkillidir. Bütün bitki çılpaq, hamar, yaşıldır. Gövdələri düz dayanan, tək və ya bir neçə ədəddir, hündürlüyü 20–150 sm, buğumlu, az budaqlıdır. Yarpaqları bütöv, xətvari-neştərvari və ya xətvaridir, uzunluğu 1,5–8 sm, eni 1–10 mm-ə çatıb, aşağı gövdə yarpaqları 3 hissəlidir. Səbətləri çoxsaylı, şarşəkilli, sallaq, eni 2,5–4 mm, gövdənin və budaqların ucunda salxımlarla yığılmış və süpürgəvari hamaşçiçək əmələ gətirir.

Təzə tərxunda 0,1–0,5%, qurudulmuşunda isə 0,2–0,8% efir yağı vardır.

Tərxun bitkisi soyuğa davamlıdır, qışı yaxşı keçirir, 10–13 °C temperaturda belə normal inkişaf edir. Əkildiyi yerdə 8–10 il və daha çox inkişaf edərək məhsul verir, lakin tərəvəz bitkisi kimi tərxunu 4–5 ildən artıq eyni sahədə saxlamaq məsləhət görülmür. Çünki bundan artıq saxlandıqda məhsuldarlığı aşağı düşür, zəif inkişaf edir.

Azərbaycanda yayılması Abşeronda dənizkənarı yamaclarda, qayalıqların ətəyində bitir. İyuldan-avqusta qədər çiçəkləyir. Meyvələri avqustda yetişir. Tоxum və yeraltı zoğlarla çoxalır. Həmçinin Gəncə və ətraf ərazilərdə yetişdirilir.

Sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Tropik Asiya florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Qidalar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar