Dambel (non dilində: Dambel; latınca: Ambulum) — İtaliyanın şimalında, Trentino-Alto Adice regionunun Trentino əyaləti ərazisində yerləşən şəhər və kommunadır. Trento şəhərindən təxminən 35 km şimalda yerləşir.

Dambel Val di Non vadisində, dəniz səviyyəsindən 750 m yüksəklikdə yerləşir. Şəhər cənubda Sanzeno, şimalda isə Sarnoniko ilə birləşdirən əyalət avtomobil yolunun üzərindədir. Şəhərin adı latın dilindəki ambulum sözündən yaranıb. Bu ad Dambelin tarixən Lombardiya ilə Almaniya arasında uzanan ticarət yolu üzərindəki yolayrıcında yerləşməsi ilə əlaqələndirilir. Həmin yol Dambeldən keçərək Novella çayının üzərindəki Pozzena körpüsünə çatırdı. Hazırda şəhərin iqtisadiyyatı əsasən alma istehsalına əsaslanır.

Coğrafiyası 2004-cü il dekabrın 31-nə olan məlumata görə, Dambelin əhalisi 436 nəfər, ərazisi isə 5,1 km² idi.Bütün demoqrafik və digər statistik məlumatlar: İtaliya Milli Statistika İnstitutu (ISTAT).

Dambel kommunası Brez, Sarnoniko, Kloç, Romallo, Romeno və Sanzeno kommunaları ilə həmsərhəddir.

Demoqrafik dəyişikliklər

İstinadlar

Kateqoriya:İtaliya şəhərləri