Azərbaycan U-15 milli futbol komandası — Azərbaycanı 15 yaşadək futbolçular arasında beynəlxalq yarışlarda təmsil edən milli komanda. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən idarə olunur. Komanda ev sahibi kimi 2026-cı il oktyabrın 22–30-da Bakıda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edir. Qrup mərhələsini AF qrupunda 9 xalla üçüncü yerdə başa vuran komanda turnir mərhələsində C divizionunda mübarizə aparır.
Tarixi 2026 FIFA U-15 Dünya Çempionatı və Festivalı
Azərbaycan FİFA-nın üzv assosiasiyalarının 15 yaşadək milli komandaları üçün təşkil etdiyi, səkkiz nəfərlik formatda keçirilən yeni turnirin ilk buraxılışına ev sahibliyi edir. Yarışda 189 ölkənin yığması iştirak edir və minə yaxın oyun planlaşdırılıb.
Komandanın baş məşqçisi Famil Xəlilovdur. AFFA-nın 2026-cı il oktyabrın 20-də açıqladığı 14 nəfərlik heyətə dörd klubun — Neftçi, Qarabağ, Sabah və Ulduz FA-nın yetirmələri daxil edilib. Xəlilov "Report"a müsahibəsində əsas məqsədin ölkəni layiqincə təmsil etmək və hər oyunda maksimum mübarizə aparmaq olduğunu, turnirin futbolçulara beynəlxalq təcrübə qazandıracağını və gələcəkdə əsas milliyə gedən yolda kömək edəcəyini bildirib.
Azərbaycan seçmə mərhələnin AF qrupunda Timor-Leste, Andorra, Avstraliya, İsrail və Haiti yığmaları ilə mübarizə aparır. Komanda ilk oyununu oktyabrın 24-də turnirin açılış mərasimindən sonra Bakı Kristal Zalında Timor-Leste ilə keçirib. Qrupdakı digər oyunlar Hövsan Yarış Kompleksində, oktyabrın 25-də və 26-da gündə iki oyun olmaqla keçirilib.
Qrup mərhələsi thumb|Azərbaycan turnirdəki ilk oyununu Bakı Kristal Zalında keçirib. Azərbaycan ilk oyunda Timor-Lesteni 6:0, ikinci oyunda isə Andorranı 1:0 hesabı ilə məğlub edib. Avstraliyaya 1:3 uduzduqdan sonra İsraili 3:1 hesabı ilə üstələyib, qrupdakı sonuncu oyunda Haitiyə 0:4 hesabı ilə məğlub olub. Komanda qrupu üç qələbə və iki məğlubiyyətlə, 9 xalla üçüncü yerdə başa vurub.
+ AF qrupunun yekun cədvəli Yer Komanda O Q H M VQ BQ TF Xal 1 23x15px|border|link= Avstraliya 5 5 0 0 24 4 +20 15 2 23x15px|border|link= Haiti 5 4 0 1 17 6 +11 12 3 23x15px|border|link= Azərbaycan 5 3 0 2 11 8 +3 9 4 23x15px|border|link= Andorra 5 1 1 3 5 6 −1 4 5 23x15px|border|link= İsrail 5 1 1 3 5 12 −7 4 6 23x15px|border|link= Timor-Leste 5 0 0 5 2 28 −26 0
Turnir mərhələsi Turnir mərhələsində Azərbaycan C divizionunda (FIFA təsnifatında "Tier C") çıxış edir. Oktyabrın 28-də 1/16 finalda Çiliyə 1:3 hesabı ilə uduzan komanda həmin gün 81–96-cı yerlər uğrunda oyunda Cəbəllütariq yığmasını 5:1 hesabı ilə məğlub edib. Növbəti oyunda Azərbaycan oktyabrın 29-da Mozambiklə qarşılaşır. Təqvimə görə, yığma turnir boyunca ümumilikdə 10 oyun keçirəcək.
Oyunlar 2026 FIFA U-15 Dünya Çempionatı və Festivalı — seçmə mərhələ, AF qrupu Bütün vaxtlar yerli vaxtla (UTC+4) göstərilib. Tarix Vaxt Rəqib Hesab Məkan 24 oktyabr 2026 19:30 23x15px|border|link= Şərqi Timor 6:0 Bakı Kristal Zalı 25 oktyabr 2026 12:45 23x15px|border|link= Andorra 1:0 Hövsan Yarış Kompleksi (10A meydançası) 25 oktyabr 2026 19:30 23x15px|border|link= Avstraliya 1:3 Hövsan Yarış Kompleksi (10A meydançası) 26 oktyabr 2026 11:30 23x15px|border|link= İsrail 3:1 Hövsan Yarış Kompleksi (10A meydançası) 26 oktyabr 2026 18:15 23x15px|border|link= Haiti 0:4 Hövsan Yarış Kompleksi (10A meydançası)
2026 FIFA U-15 Dünya Çempionatı və Festivalı — turnir mərhələsi, C divizionu Tarix Mərhələ Rəqib Hesab Məkan 28 oktyabr 2026 1/16 final 23x15px|border|link= Çili 1:3 Hövsan Yarış Kompleksi (10A meydançası) 28 oktyabr 2026 81–96-cı yerlər uğrunda 23x15px|border|link= Cəbəllütariq 5:1 Hövsan Yarış Kompleksi (10A meydançası) 29 oktyabr 2026, 11:30 81–96-cı yerlər uğrunda 23x15px|border|link= Mozambik – Hövsan Yarış Kompleksi (1B meydançası)
Hazırkı heyət Aşağıdakı futbolçular 2026 U-15 Dünya Çempionatı və Festivalı üçün heyətə daxil edilib. Futbolçu Klub Oqtay Mehrəliyev Qarabağ Məhəmməd Ağamaliyev Qarabağ Emil Quliyev Neftçi Əkbər Nağıyev Neftçi Kənan Əzimov Neftçi Qafar Babayev Neftçi Said Bayramov Neftçi Sübhan Əlizadə Neftçi Həsən Məhmədov Sabah FK Həsən Ramazanov Sabah FK Murad Məmmədzadə Sabah FK Asif Allahverdizadə Ulduz FA Müşfiq Zamanov Ulduz FA Yusif Əlizadə Ulduz FA
Qalereya
Həmçinin bax Azərbaycan milli futbol komandası Azərbaycan U-17 milli futbol komandası Azərbaycan U-19 milli futbol komandası Azərbaycan U-21 milli futbol komandası
İstinadlar
Xarici keçidlər Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
Kateqoriya:Azərbaycan milli gənclər futbol komandası