Vilnə quberniyası Rusiya imperiyasının inzibati-ərazi vahidi idi. Quberniya şəhəri Vilnə (hazırkı Vilnüs) idi. Hazırda ərazinin böyük hissəsi Belarusun, keçmiş quberniya şəhəri də daxil olmaqla qalan hissəsi isə müasir Litva Respublikasının tərkibindədir.
Tarixi Reç Pospolitanın üçüncü bölünməsindən və qərbi Belarus və Litva torpaqlarının Rusiya imperiyasına birləşdirilməsindən sonra 1795-ci ildə yaradılmışdır. Əvvəlcə Braslav, Vilnə, Vilkomir, Zavilə, Koven, Oşmyanı, Rossiyen, Telşev, Trok, Upit və Şavel qəzalarına bölünürdü.