Yohannes İmmanuel Folkelt (; This article incorporates text from a publication now in the public domain: Gilman, D. C.; Peck, H. T.; Colby, F. M., eds. (1905). "Volkelt, Johannes Immanuel" . New International Encyclopedia (1st ed.). New York: Dodd, Mead.) — alman neokantçı filosofu.
Bioqrafiyası
O, Vyana, Yena və Leypsiq universitetlərində təhsil almışdır. Yenada Kant fəlsəfəsi üzrə mütəxəssis Kuno Fişerin tələbəsi olmuşdur. Leypsiqdə isə onun doktorluq elmi rəhbəri Hermann Lotse olmuşdur.
Folkelt 1883-cü ildə Bazel Universitetində, 1889-cu ildə Vürtsburq Universitetində fəlsəfə professoru olmuş, 1894-cü ildə isə Leypsiq Universitetində fəlsəfə və pedaqogika professoru təyin edilmişdir.
Fəlsəfəsi Fəlsəfə sahəsində onun əsas fəaliyyəti pozitivizmə qarşı çıxmaq və yeni metafizik nəzəriyyə yaratmağa çalışmaq olmuşdur. Onun müstəqil fəlsəfi mövqeyi Hegel, Şopenhauer və Hartmanın ideyalarını ardıcıl şəkildə izlədiyi müxtəlif dövrlərdən sonra formalaşmışdır.
Teodor Lipps və Stefan Vitasek ilə yanaşı, o, estetik psixologiyanın ən mühüm nümayəndələrindən biri hesab edilir.Allesch, Christian G.. (2013). "STEPHAN WITASEK UND DIE PSYCHOLOGISCHE ÄSTHETIK". The Aesthetics of the Graz School, edited by Venanzio Raspa, Berlin, Boston: De Gruyter, s. 113–128. Folkelt xüsusilə incəsənət nəzəriyyəsinin fundamental prinsipi kimi empatiya anlayışına dair araşdırmaları ilə tanınır. O, sənət əsərinin empatiya vasitəsilə qavranılmasının iki formasını fərqləndirmişdir: “həqiqi empatiya” (eigentliche Einfühlung) və “əhvali-ruhiyyə empatiyası” (Stimmungseinfühlung). Onun Einfühlung və empatik proses haqqında fikirləri System der Ästhetik əsərində əksini tapmışdır.
Yuxuların yozumu Folkelt yuxuların mənasını təhlil etmiş və bu araşdırmalarını Die Traumphantasie əsərində təqdim etmişdir. Ziqmund Freydin Yuxuların yozumu əsərində onun fikirlərinə bir neçə dəfə istinad olunur və bu fikirlər Freydin irəli sürdüyü müddəaların əsaslarından biri kimi göstərilir.
Folkelt hesab edirdi ki, yuxunun elementləri birbaşa yuxu görən şəxsin bədəni ilə əlaqəlidir. Məsələn, yuxuda uğuldayan sobanın görünməsi yuxu görənin ağciyərlərini təmsil edə bilər.Freud, Sigmund. The Interpretation of Dreams. Barnes & Noble Books, New York. 2005. s. 80.
Əsərləri Onun daha mühüm əsərləri bunlardır:
Pantheismus und Individualismus im Systeme Spinoza's (1872) — rəqəmsal versiya Die Traumphantasie (1875) Kants Erkenntnistheorie — idrak nəzəriyyəsinə dair geniş tənqidi araşdırma (1879) Erfahrung und Denken. Kritische Grundlegung der Erkenntnistheorie — xüsusilə “təcrübə” anlayışını ətraflı araşdırmasına görə idrak nəzəriyyəsi üzrə standart dərs vəsaitinə çevrilmişdir (Hamburq və Leypsiq, 1886). Əsər 2000-ci ildə Harald Şvetserin giriş məqaləsi və göstəricisi ilə yenidən nəşr edilmişdir. Aesthetische Zeitfragen (1895) Arthur Schopenhauer, seine Persönlichkeit, seine Lehre, sein Glaube (1900) Die Kunst des Individualisierens in den Dichtungen Jan Pauls (1902) System der Aesthetik (1905–1914) Phänomenologie und Metaphysik der Zeit (1925)
İstinadlar
Kateqoriya:Almaniya filosofları Kateqoriya:Almanlar Kateqoriya:Bazel Universitetinin müəllimləri Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Leypsiq Universitetinin müəllimləri Kateqoriya:Vürtsburq Universitetinin müəllimləri Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları