Emix Eduard Karl (; ) — V Layninqen şahzadəsi.
1866-cı ildə Vayt adasındakı Osborn-hausda dünyaya gəldi. Atası Layninqen şahzadəsi Ernest Leopold, anası isə Böyük Baden hersoqu I Leopoldun qızı Mariya Amaliyadır. Ana şəcərəsiylə İsveç krallarının, ata şəcərəsiylə isə Britaniya kraliçası Viktoriya ilə qohumluq əlaqələri vardı. 10 fevralda vəftiz edildi və atasının bibisi Layninqenli Feodora, Böyük Baden hersoqu olan dayısı I Fridrix və əmisi Layninqenli Eduard onun vəftiz valideynləri oldu.
12 iyul 1894-cü ildə Hohenlohlu Feodora ilə evləndi. Seçilən gəlin namizədi özü kimi Böyük Baden hersoqu Karl Fridrixin nəticəsi idi. Belə ki, onun anası Badenli Leopoldina hersoqun oğlu şahzadə Vilhelmin qızı idi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.
Viktoriya (1895-1973) Emix Ernest (1896-1918) Karl Eduard (1898-1946) Herman Viktor (1901-1971) Hesso Leopold (1903-1967)
Atasının vəfatının ardından 1904-cü ildə Layninqen şahzadəsi ünvanını aldı. Ancaq digər bütün alman monarxial titulları kimi 1919 Veymar Konstitusiyası ilə bu ünvan ləğv edildi. Bu tarixdən etibarən isə bu ünvanı yalnız titular olaraq daşımağa davam etdi.
Mənbə
Ədəbiyyat
Hermann Nehlsen (1997) (in German) Fürst Karl zu Leiningen (1804–1856). In: Gerhard Köbler, Hermann Nehlsen (Ed.): Wirkungen europäischer Rechtskultur. Festschrift für Karl Kroeschell zum 70. Geburtstag. Verlag C.H. Beck, München,
İstinadlar Kateqoriya:Almanlar