Bənu Amir () və ya Bənu Amir ibn Səsa () — ədnanilərə mənsub ərəb qəbiləsi.
Mənşəyi Qəbilənin nəsil şəcərəsi Ədnana qədər gedib çıxır.
Məşğuliyyəti Böyük hissəsi köçəri olan Bənu Amir qəbiləsi heyvandarlıqda məşğul idi.
Tarixi Qəbilənin adına ilk dəfə Cənubi Ərəbistanda tapılmış və VI əsrə aid olan bir kitabədə rast gəlinmişdir.
Bənu Amir cahiliyyə dövründə bir çox qəbilə ilə döyüşmüşdür. Bu qəbilələrin sırasında Qureyş də var idi.
İslamın ilk illərində Məhəmməd tərəfindən müsəlman olmağa dəvət olunan qəbilə, bu dəvəti rədd etmişdilər. Məhəmməd bu qəbilə ilə yaxınlıq qurmaq üçün, Bənu Amirə mənsub olan Meymunə və Zeynəb ilə evlənmişdir. Bənu Amirin islamı qəbul etməsi Hüneyn döyüşündən sonraya təsadüf etmişdir. Onlardan bu döyüşdən sonra kütləvi şəkildə Mədinəyə gələrək islamı qəbul etməyə başlamışlar.
Bənu Amir Əbu Bəkrin xəlifəliyi illərində baş vermiş Riddə və digər döyüşlərdə iştirak etməmiş, lakin Mərci-Rəhit döyüşündə Abdullah ibn Zübeyri dəstəkləmişlər.
Sonrakı dövrlərdə qəbilənin Uqeyl, Numeyr, Xəfəcə və başqa qolları müxtəlif səbəblərdən Əndəlüs, İraq, İran, Suriya kimi ərazilərə köç etdilər.
Tanınmış şəxsləri Meymunə bint Haris — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşı. Zeynəb bint Xuzeymə — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşı. Ləbid ibn Rəbiə — müəlləqa müəllifi olan yeganə müsəlman şair. Züfər ibn Haris əl-Kilabi — Abdullah ibn Zübeyrin tərəfdarı və onun Qərqisiyə (Sirsesiya) valisi; Bənu Amir qəbiləsinin lideri.
İstinadlar
Kateqoriya:Ədnanilər