Prussiyalı Vilhelm Heinrix Mixail Luiz Ferdinand Fridrix Frans Vladimir (; ) — Hohensollern şahzadəsi.

Həyatı 22 mart 1940-cı ildə Berlində dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelmin nəvəsi vəliəhd Luiz Ferdinand, anası isə böyük knyaz Kiril Vladimiroviçin qızı Kira Kirilovnadır.

İkinci Dünya müharibəsinin ardından 1947-ci ildə Bremendə məskunlaşdılar. Burada dövlət gimnaziyasında təhsil aldıqdan sonra Frayburq-im-Braysqauda təhsilini davam etdirdi. Babası vəliəhd-şahzadə Vilhelmin 1951-ci ildə vəfatından sonra atası Hohensollern sülaləsinin ailə başçısı ünvanını aldı.

Sevdiyi xanımla evlənə bilmək üçün 29 avqust 1966-cı ildə Bremendə həm özü, həm də şəcərəsindən gələnlərin adından taxt hüququndan imtina etdiyini elan etdi. İmzaladığı sənədi isə ö dövrdə ailə rəisi olan atasına təqdim etdikdən sonra, 23 sentyabrda Düsseldorfda katolik məzhəbli Yutta Jörnlə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, 18 mart 1982-ci ildə boşandılar.

İkinci evliliyi isə 23 iyun 1982-ci ildə Hessendə Brijit Dolvits-Veqnerlə baş tutdu. Cütlüyün bu nigahdan övladı olmadı.

3 aprel 2014-cü ildə Berlində vəfat etdi. Geridə qoyduğu dul xanımı isə özündən 2 il sonra intihar edərək həyatını sonlandırdı.

Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriMixaila Mariya5 mart 1967 - (59 yaşında)Yurqen Vessuli (1999)Maksimilyan Vessuli (2000-)Nataliya Aleksandra Karolina13 yanvar 1970 - (56 yaşında) - -

Mənbə

Ədəbiyyat

Genealogisches Handbuch des Adels, Fürstliche Häuser XIV. "Haus Preußen". C.A. Starke Verlag, 1991, pp. 123, 133-134, 145-146. (German). ISBN 978-3-7980-0843-4 Eilers, Marlene A. (1987). Queen Victoria's Descendants. Baltimore: Genealogical Publishing Co. ISBN 978-0-8063-1202-6 MacDonogh, Giles (2003). The Last Kaiser: The Life of Wilhelm II. New York City: St. Martin's Griffin. ISBN 978-0-312-30557-4

İstinadlar

Kateqoriya:Prussiya şahzadələri