Qorxmaz Cahangir oğlu İmanov () — AMEA-nın müxbir üzvü (2017), iqtisad elmləri doktoru, professor, İspaniya Kral Akademiyasının akademiki.
Həyatı Qorxmaz İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib, iqtisadçı diplomu almışdır. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi işləmişdir. 1969–1971-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna baş elmi işçi vəzifəsinə gəlmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir. 1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışmışdır. 1983-cü ildə iyun ayından professor elmi adına və 1984-cü ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1987–1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi–tədqiqat İqtisadiyyat institutunun müdiri vəzifəsində çalışmışdır. 1993–1998-ci illərdə Rusiya Elmlər Akademiyasının Bazar problemləri institutunda çalışmışdır. 1999–2000-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində çalışmışdır. 2001-ci ildən hal-hazırkı dövrə qədər AMEA Kibernetika İnstitutunda, əvvəllər baş elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin müxbir üzvü seçilmişdir.
260-dan artıq elmi əsərləri, o cümlədən 120-dən artıq xaricdə məqaləsi nəşr etdirilmişdir. 33 fəlsəfə doktoru, 3 elmlər doktoru yetişdirmişdir. Bundan başqa 13 monoqrafiyanın müəllifidir.
Ailəlidir. İki övladı var — Tahir və Cabir İmanovlar.
Əsas elmi nailiyyətləri Sosial-iqtisadi sistemlərin planlaşdırma modellərin inteqrallaşdırılmış sistemi. İqtisadi sistemlərin struktur-funksional modeli, xalq təsərrüfatı balanslarının inteqrallaşdırılmış sistemi. Fazi iqtisadiyyat
Əsas elmi əsərlərin adları İmanov Q. C. İqtisadiyyatın proqnozlaşdırma modelləri. Bakı, "Elm", 1988 (rus.). İmanov Q. C. İqtisadi sistemlər modelləri. Bakı, "Elm", 1983 (rus). İmanov Q. C. İttifaq respublikanın xalq təsərrüfat balansının inteqrallaşdırılmış sistemi, Moskva, SSRİ EA MİRİ, 1981 (rus). İmanov Q. C., Həsənli Y. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının modelləri, 2001"Elm" (az). İmanov Q. C., N. F. Tağıyev, F. C. Məmmədov. Müasir iqtisadiyyat. Neyron şəbəkələri. Fazi məntiq. Azərbaycan Respublikası, 2003 "Elm" (az). G. C. İmanov. "Fuzzy estimation of quality of socioeconomic system, Real Academia de Ciencias Economicas y Financieras, Barcelona, Spain, 2013, 68 p. Иманов К. Д., Акперов Р. М. "Нечеткие модели оценки качества социальных систем", Lambert Academic Publishing, 2013, 69 с. G. C. İmanov. Fuzzy Approach to the Estimation to the Ecological Sustainability index and investments distribution, A. M. S. E journals, Series D, Computer Science and statistics, p. 14, 2011 Economy and society, Eserp, School of Business and Social Sciences, Scientific Collection of Economic, Legal and Social Sciences, Barcelona, Spain, 2015, 140 p., Jose Daniel Barquero Cabrero. Models estimation of national social and human capital qualities, Decision making and knowledge decision support systems, eds. Gil-Lafuente, Zopounidis, Springer, Switzerland, 2015, pp.11-18. Models for Evaluating the Quality of the National Sustainable Development Strategy(in Russian). LAP Lambert Academic Publishing, Germany, 2016, 115 p. Fuzzy Models in Economics. Springer Nature Switzerland AG, 2021, 113 p.
Kitabları Fuzzy estimation of quality of socioeconomic system Нечеткие модели оценки качества социальных систем Проблемы экономической неопределенности и FUZZY модели Nuevos mercados para la recuperacion economica: Azerbaiyan
İstinadlar
Mənbə http://www.Elm.az http://www.Cyber.az
Xarici keçidlər Аzərbaycan Milli Elmlər Akademiyası АMEA İdarəetmə Sistemləri İnstitutu
Həmçinin bax AMEA-nın İdarəetmə Sistemləri İnstitutu
Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycanlı iqtisadçılar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:İmanovlar Kateqoriya:İdarəetmə Sistemləri İnstitutunun (Azərbaycan) alimləri Kateqoriya:AMEA-nın müxbir üzvləri