Səlimov Həbib bəy Hacı Yusif oğlu () — general-mayor, AXC ordusunun ilk baş qərargah rəisi, Əsgəran savaşının qəhrəmanı kimi tanınan Azərbaycan general-mayoru.

Həyatı Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda doğulub. Atası Yusif bəy İrəvan quberniyasında məhkəmə iclasçısı çalışıb. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olub və gimnaziyanı birinciliklə bitirmişdir.

Hərbi fəaliyyəti

Çar Rusiyası dövrü 1900-cü ilin avqustun 12-də orduya könüllü yazılaraq 156-cı Yelizavetpol (Gəncə) süvari alayında 1il 2ay xidmət edib, unter-zabit rütbəsi alıb. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb, podporuçik olub. 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunub. Həmin ilin sentyabrında Müqəddəs Vladimir ordeni ilə təltif edilib. Həbib bəy 1908–1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Azərbaycana geri dönən polkovnik-leytenant Həbib bəy Səlimov Cümhuriyyət ordusunda Dəftərxana rəisi vəzifəsində çalışmışdır. Hərbi işi gözəl bildiyinə görə az sonra Nuru Paşa tərəfindən Əlahiddə Azərbaycan Korpusunun Qərərgah Rəisi təyin edilmişdir və Azərbaycan qoşunlarını Gəncədən Bakıya qədərki yürüşündə Cənub qrupunun komandanı olmuşdur. Bu yürüş zamanı avqustun 1-də Ələti, Atbulağı və Nəvahini azad etmişdir. Bu nailiyyətlərinə görə hələ daşnak-bolşeviklərə qarşı əməliyyatların davam etdiri dövrdə ona polkovnik hərbi rütbəsi verilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun dəftərxana rəisliyi ilə yanaşı, Azərbaycan korpusunun Baş Qərərgah Rəisi və Baş Ərkan-i Hərbin rəhbəri vəzifəsində çalışmışdır. Qısa müddətə Lənkəranın valisi olmuşdur.

Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə, otuz nömrəli əmri ilə Bakının azad edilməsindəki xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif olunmuşdur. 1920-ci ilin martında Əsgəran müharibəsi adı ilə məşhur olan döyüşlərin qəhrəmanıdır.

Muğan Sovet Respublikası ilə döyüş 1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilmişdir.

Lənkəran əməliyyatı Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu avqustun 14-ü hərəkətə başladı və ertəsi günü Salyana çatdı. Dəstənin komandanı Həbib bəy Səlimov öz nümayəndələrini Lənkərandakı hərbi qüvvələrin yanına göndərərək, dərhal AXC hökumətini tanımağı tələb etdi. Həmçinin yolboyu yerləşən rus kəndlərindən də silahlar toplanıldı. Avqustun 17–18-i həmin kəndlərdən 3 top və 5 pulemyot müsadirə edilərək Bakıya yola salındı. Bakıdan Səməd bəy Mehmandarovun Həbib bəyə göndərdiyi teleqramda AXC ordusunun və hökumətinin nüfuzunun aşağı düşməməsi üçün qətiyyətlə hərəkət etməsini və əməliyyat bitdikdən dərhal sonra dəstə ilə birlikdə Bakıya gəlməsini əmr edirdi. Dəstə avqustun 20-də Pokrovsk kəndini mühasirəyə aldı və əhaliə olan silahları toplamağa başladı. Kənd əhalisindən 2 top və 4 pulemyot müsadirə edildi. Dəstə avqustun 23-də Lənkərana çatdı. Sürətli tədbirlər nəticəsində heç bir müqavimət görmədən qarşıya qoyulmuş vəzifələri yerinə yetirdi. Bölgəni rus mənşəli əhalisi tərk-silah edildi, polkovnik İlyaşeviçin rəhbərliyindəki rus hərbi qruplaşması təslim oldu.Manaf Süleymanov, Nuru paşa və silahdaşları. Bakı, 2004

Düşməndən qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi dörd topu və altmış pulemyotu Azərbaycan Ordusuna təhvil vermişdir. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilmişdir.

Əsgəran müharibəsi 1920-ci ilin mart-aprelində baş vermişdir. Qarabağda ermənilərin Drastamat Kanayanın rəhbərliyi ilə üsyana qalxmasında sonra Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun böyük bir qismi Həbib bəy Səlimovun rəhbərliyi ilə bu üsyanı yatırmaq üçün buraya göndərilir. Əsgəran keçidini tutan üsyançılar Azərbaycanın digər yerləri ilə Dağlıq Qarabağın əlaqə yolunu kəsmişdilər. Həbib bəy Səlimovun üstün hərbi zəkası və çalışqanlığı nəticəsində erməni üsyanı yatırılır və cəzalandırılır.Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998.

Əsgəran döyüşləri zamanı Həbib bəy Səlimovun raportları General-mayor Həbib bəy Səlimovun 1920-ci il martın 29-da Hərbiyyə Nazirliyinə göndərdiyi raportdan:

Şuşa 10 aprel 1920-ci il:

Haqqında xatirələr 1918-ci ildə Qafqaz İslam Ordusunun sıralarında Azərbaycanda olmuş türk podpolkovniki Rüştü bəy Bakının böyük hərb yollarında (Hərbi məcmuə, 1934-cü il, № 93) kitabında Həbib bəyi igid bir sərkərdə kimi xatırlayır: Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Həbib bəy Səlimovu Azərbaycanın istiqlal şəhidi adlandırıb.

Raportları Onun komandanlıq etdiyi cənub qrupu Nəvai və Ağbulaq stansiyalarını bolşevik-daşnak qüvvələrindən azad etdikdən sonra o, Nuru paşaya aşağıdakı məzmunda raport göndərmişdi:Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты [Azerbaijan Democratic Republic. Legislative acts (1918–1920)]. Baku: Archives. 1998. p. 196.

Avqustun birində cənub qrupunun komandanı Həbib bəy Səlimov Qafqaz İslam Ordusu komandanı Nuru paşaya göndərdiyi teleqramında bildirirdi ki:Shamistan Nazirli (2010-05-28). "Генерал Габиб бек Салимов (1881–1920)

Gəncə-Bakı dəmir yolu ilə irəliləyən Cənub qrupunun komandiri kimi Həbib bəy Səlimovun göstərdiyi təşkilatçılıq qabiliyyəti və igidliyi Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirildi və elə bolşevik-daşnak qoşunlarına qarşı döyüşlərin gedişində ona polkovnik rütbəsi verildi.

1919-cu ildə Azərbaycan ordusundakı maddi çətinlikləri görən polkovnik Həbib bəy Səlimov hökumətin adına göndərdiyi raportunda ürək ağrısı ilə yazırdı:

Öldürülməsi Aprel işğalından sonra Həbib bəy Səlimov Naxçıvanın hərbi komissarı olur, lakin bolşeviklərlə işləməyi rədd etdiyi üçün, 1920-ci ilin 1 sentyabrında həbs edilir və həmin ilin dekabr ayının 30-da, saat 10:30-da bolşeviklər tərəfindən güllələnilir."Adam bioqrafiya bankı. Həbib bəy Səlimov"

İstinadlar

Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Azərbaycan Demokratik Respublikasının milli ordusu

Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Nargin adasında güllələnənlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin generalları Kateqoriya:Edam olunmuş azərbaycanlılar Kateqoriya:Rusiya İmperator Ordusunun azərbaycanlı generalları Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan antikommunistləri Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:Rusiyada güllələnənlər