Terensi Fransis İqlton () — Britaniyanın ən yaxşı ədəbi tənqidçisi kimi tanınan məşhur ədəbiyyat nəzəriyyəçisidir.
40-dan çox kitab yazmışdır. Bunlara "Ədəbiyyat nəzəriyyəsi:Giriş" "Estetikanın ideologiyası" "Postmodernizm illüziyaları" kimi kitablar daxildir.
Həyatı Terri İqlton Salfordda irland katolik ailəsində respublikaçılıq meyilləri ilə böyümüşdür. Katolik qrammatika məktəbində təhsil almışdır.
Iqlton elmi dərəcələrini Kembricdə almışdır.
Yaradıcılığı "Ədəbiyyat nəzəriyyəsi:Giriş" (1983) İqltonun ən məşhur əsərlərindəndir. Burada XIX əsr romantiklərindən XX əsr postmodernistlərinə qədər olan ədəbiyyatın xüsusiyyətləri öz əksini tapıb.
İqltonun mrksizmlə bağlı əsərləri də vardır.
"Nəzəriyyədən sonra" (2003) əsəri müasir dövrün mədəni və ədəbi nəzəriyyəsindən bəhs edir. Iqlton həm də irland mədəniyyəti ilə bağlı üç cildlik əsər də çap etdirmişdir.
İstinadlar
Kateqoriya:Britaniya tənqidçiləri Kateqoriya:Britaniya ədəbi tənqidçiləri Kateqoriya:Oksford Universitetinin müəllimləri Kateqoriya:Mançester Universitetinin müəllimləri Kateqoriya:XXI əsr filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Britaniya filosofları