Solmaz Mirzəyeva () — Azərbaycan Respublikasının Əməkdar Jurnalisti.
Həyatı Solmaz Mirzəyeva 8 iyul 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə Azərbaycan Dövlət Univnsitetinin jurnalistika fakültəsinə daxil olmuş, oranı 1961-ci ildə bitirmişdir.
1962-ci ildən 1968-ci ilə kimi "Azərnəşr"in elmi-kütləvi, uşaq ələbiyyatı, bədii ədəbiyyat və tərcümə redaksiyalarında kiçik redaktor, 1968-ci ildən isə redaktor vəzifələrində çalışmışdır.
Solmaz Mirzəyeva jurnalistlik fəaliyyətinin 30 ili "Azərbaycan dəmiryolçusu" qəzeti ilə bağlı olmuşdur. 1980–1993-cü illərdə qəzetin redaktor müavini işləmişdir. 1993-cü ildən ömrünün sonuna kimi qəzetin redaktoru olmuşdur. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilən iqtisadi islahatların ölkə ictimaiyyətinə çatdırılmasında onun böyük zəhməti olmuşdur.
İşlədiyi müddət ərzində kollektivin dərin rəğbətini qazanan Solmaz Mirzəyevanın zəhmətini Dəmir Yol rəhbərliyi və MHİRK-nin Rəyasət Heyəti həmişə yüksək qiymətləndirmiş, "Fəxri dəmiryolçu" döş nişanı və mətbuat sahəsində səmərəli fəaliyyətinə görə "Ustad" Ali Jurnalistika Mükafatı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ailəsi Azərbaycanda jurnalist Mirzəyevlər ailəsi tanınmışdır. Həyat yoldaşı, 20 noyabr Qarakənd faciəsində şəhid dünyasını dəyişmiş, jurnalist Osman Mirzəyev ölkə mətbuatının inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Qızları Nərgiz, Lalə və Sevinc bu gün də mətbuat sahəsində çalışırlar.
Jurnalist Osman Mirzəyevın həyat yoldaşıdır. Jurnalist Sevinc Osmanqızının anasıdır.
Həmçinin bax Qarakənd faciəsi
Xarici keçidlər Solmaz Mirzəyevanın bioqrafiyası Azərbaycan mətbuatına ağır itki üz verib Veteran jurnalist vəfat edib
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:Fəxri dəmiryolçular