thumb|150px|"1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı — 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının ön və arxa cəbhələrdə göstərdikləri qəhrəmanlığı və fədakarlığı nəzərə alaraq, MDB dövlət başçıları Şurasının 2008-ci il 10 oktyabr tarixli qərarı ilə təsis edilmiş medal.
Təltif olunanlar SSRİ Silahlı Qüvvələri sıralarında Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər; Faşist işğalçılarına qarşı gizli mübarizə aparan şəxslər; Böyük Vətən müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər; "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" və "Yaponiya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuş şəxslər; "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə üçün" medalının vəsiqəsi, yaxud müharibə iştirakçısı vəsiqəsi olan şəxslər; Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə SSRİ ordenləri, "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "Əmək igidliyinə görə", "Əməkdə fərqlənməyə görə", "Leninqradın müdafiəsinə görə", "Moskvanın müdafiəsinə görə", "Odessanın müdafiəsinə görə", "Sevastopolun müdafiəsinə görə", "Stalinqradın müdafiəsinə görə", "Kiyevin müdafiəsinə görə", "Qafqazın müdafiəsinə görə", "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalları ilə təltif olunmuş şəxslər; "Blokadada olan Leninqrad sakininə" nişanı, yaxud "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalının vəsiqəsi olan şəxslər; Böyük Vətən müharibəsi dövründə altı aydan az olmayaraq əmək fəaliyyəti ilə məşğul olmuş şəxslər.
Mənbə Azərbaycan Respublikasından olan iştirakçıların "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 mart 2010-cu il tarixli Sərəncamı
İstinadlar
Kateqoriya:MDB medalları Kateqoriya:Yubiley medalları Kateqoriya:2009-cu ildə Rusiyada yarananlar Kateqoriya:Rusiya Federasiyası medalları Kateqoriya:Rusiya mükafatları