Mübariz Qəhrəman oğlu Qurbanlı () — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, VII çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024).M. Q. Qurbanlının Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az
Həyatı Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb.
1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub.
1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib.
Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini olmuşdur.
Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2014-cü il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Mübariz Qurbanlı tarix üzrə fəlsəfə doktorudur.
27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının sədridir Azərbaycan İlahiyyat İnstitutununHimayəçilər Şurasının tərkibi təsdiq edilib. scwra.gov.az, 27. dekabr 2018.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
2024-cü ildə 1 sentyabrda keçirilən Azərbaycan parlament seçkilərində 101 saylı Samux-Şəmkir seçki dairəsindən qalib gəldi. Rəsmi olaraq Azərbaycan Milli Məclisinin VII çağırış deputatı seçildi, ilk iclası 23 sentyabr 2024-cü ildə keçirildi.
Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.
Ailəlidir, iki övladı var.
Mükafatları 6 yanvar 2014 — "Şöhrət" ordeni"M. Q. Qurbanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2014-cü il tarixli, 211 nömrəli Sərəncamı. president.az. 7 yanvar 2024 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni .
İstinadlar
Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Tarix üzrə fəlsəfə doktorları Kateqoriya:Azərbaycan Demokratik İstiqlal Partiyasının sədrləri Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları