The Classical Music of Azerbaijan: Opera Volume 5 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış beşinci albomdur. Albomun adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının opera əsərlərindən parçalar daxil edilmişdir.
Ümumilikdə alboma beş Azərbaycan bəstəkarı - Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev və Cövdət Hacıyev, həmçinin Fikrət Əmirovun beş opera əsərindən parçalar daxil edilmişdir. Əsərlər Qərinə Kərimova, Səfurə Əzimi, Ulqar Muradov, Muxtar Məlikov tərəfindən ifa edilib. Vokalçıları Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.
Alboma daxil olan əsərlər
Üzeyir Hacıbəyov (1885-1948)
Koroğlu operası (1913)
Koroğlu Uverturası Nigarın birinci ariyası (Qərinə Kərimova) Nigarın ikinci ariyası (Qərniə Kərimova) Xanəndənin mahnısı (Səfurə Kərimi) Cəngi
Arşın mal alan (1913)
Əsgərin Ariyası (Ulqar Muradov)
Müslüm Maqomayev (1885-1937)
Şah İsmayıl (1916)
Aslan şahın ariyası (Muxtar Məlikov)
Nərgiz (1935)
Nərgizin ariyası (Qərinə Kərimova)
Qara Qarayev (1918-1982) və Cövdət Hacıyev (1917-2002)
Vətən (1945)
Mərdanın ariyası (Muxtar Məlikov)
Fikrət Əmirov (1922-1984)
Sevil (1953)
Sevilin ariyası (Səfurə Əzimi)
Xarici keçidlər Albomu satın al
Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:1997-ci ilin musiqi albomları Kateqoriya:Qara Qarayev Kateqoriya:Üzeyir Hacıbəyov Kateqoriya:Fikrət Əmirov Kateqoriya:Müslüm Maqomayev Kateqoriya:Cövdət Hacıyev