Erix Honekker (; ), keçmiş Şərqi Almaniyanın (Almaniya Demokratik Respublikasının) kommunist lideri. Alman solçu dövlət xadimi və siyasətçisi.
18 il ərzində Almaniya Demokratik Respublikasında ən yüksək dövlət və partiya vəzifələrində çalışmışdır. 1971-ci il may ayının 3-dən 1989-cu il 18 oktyabra qədər Almaniyanın Vahid Sosialist Partiyasının Mərkəzi Komitəsinin birinci (sonradan baş katibi) katibi olmuşdur. O, iki dəfə ADR-in Qəhrəmanı (1982, 1987), ADR Əmək Qəhrəmanı (1962), Sovet İttifaqı Qəhrəmanı (1982) adını almışdır. İkinci Dünya müharibəsindən qabaq Erix Honekker, Almaniya Kommunist Partiyasının məsul işçisi idi və nasional-sosialistlərin hakimiyyəti illərində məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilmişdi. Honekker Azad Alman Gənclər Birliyini yartmış və 1946–1955-ci illərdə onun sədri olmuşdur. AVSP-nin təhlükəsizlik katibi olaraq, Berlin Divarının inşasının təşkilatçılarından biri olmuş və Almaniya daxili sərhədi qanunsuz keçməyə çalışan insanlara qarşı odlu silah tətbiq edilməsinə məsuliyyət daşıyırdı. Uzun müddət AVSP Mərkəzi Komitəsinin baş katibi, ADR Dövlət Şurasının sədri və ADR Milli Müdafiə Şurasının sədri vəzifələrini tutmuşdur. Erik Honekkerin əsas uğurları sırasına ADR-in beynəlxalq səviyyədə tanınması və ölkənin 1973-cü ildə BMT-yə daxil olması aid eidilir.
1980-ci illərin sonlarında həm iqtisadi vəziyyət, həm Sovet İttifaqı ilə münasibətlər, həm də ADR-nin siyasi vəziyyəti xeyli pisləşdi. Honekker, Mixail Qorbaçovun SSRİ və Varşava Müqaviləsi Təşkilatının digər üzv ölkələrində həyata keçirdiyi yenidənqurma siyasətinə qarşı müxaliflik edirdi. 1987-ci ilin sentyabrında Honekker Almaniya Federativ Respublikasına rəsmi dövlət səfəri etdi. Səfər çərçivəsində Federal Kansler Helmut Kol onu Bonnda rəsmi səviyyədə qəbul etmişdi. 1989-cu ilin 18 oktyabrında AVSP-nin Mərkəzi Komitəsinin Siyasi Bürosunun təzyiqi ilə ağır xəstə olan Honecker istefa vermək məcburiyyətində qaldı. 1992-ci ildə Erik Honekker Berlində ADR-də insan haqlarının pozulması ittihamı əsasında məhkəməyə qarşısına çıxarıldı. Lakin proses təqsirləndirilən şəxsin ağır xəstəliyi səbəbindən dayandırıldı. Honekker dərhal Çilidəki ailəsinin yanına getdi və 1994-cü ilin mayında orada öldü.
Bioqrafiya
Uşaqlıq və Gənclik illəri Erixin atası Vilhelm Honekker (1881–1969) şaxtada mədənçi idi və 1905-ci ildə o, Karolina Katarina Veidenhofla (1883–1963) ailə qurmuşdu. Vilhelm və Karolina Honekkerlərin ailəsində altı uşaq dünyaya gəlmişdi: Katarina (Kete, 1906–1925), Vilhelm (Villy, 1907–1944, Çopleni adlı yerdə, Moldovada hələk olmuşdur), Frida (1909–1974), Erix, Gertruda (1917–2010, nikahda Gopstedter) və Karl-Robert (1923–1947). 250px|thumb|right|Honekkerin valideynlərinin Noyenkirxen rayonunda Kuxenberqştrassedəki evi
Erix Honekker, Saar vilayətinin Noynkirxenin məntəqəsinin Maks-Braun ştrasse küçəsində anadan olmuşdu. Sonradan Honekker ailəsi Vibelskirxenə indiki, Noyenkirxen rayonunda Kuxenberqştrasse 88-ə köçmüşdür.
Erix Honekker 1922-ci ilin yayında on yaşında Vibelskirxendə uşaq kommunist qrupuna qoşuldu, 14 yaşında isə Almaniya Kommunist Kommunist Gənclər Liqasının üzvü seçildi. 1930-cu ildə 17 yaşında Honekker Almaniya Kommunist Partiyasına daxil oldu. 1928-ci ildə Erix Honekker, komsomol təşkilatının yerli hücrəsinin başçısı seçildi. O burada yaxşı natiqlik bacarığı ilə diqqəti cəlb edirdi.
Məktəbi bitirdikdən sonra Erix Honekker sonrakı təhsili ilə bağlı qərar verə bilmədi və bu səbəbdən iki il Pomeraniyadakı bir fermada işlədi. 1928-ci ildə Vibelskirxenə geri döndü və dayısının yanında usta köməkçisi oldu. Lakin 1930-cu ildə komsomol göndərişi ilə Moskvadakı Lenin adına Beynəlxalq Məktəbinə oxumaq üçün SSRİ-yə göndərildiyi zaman təhsilini yarımçıq qoydu. O, internasional işçi briqadalarının tərkibində Maqnitaqorsk dəmir və polad kombinatlarının tikintisində iştirak etmişdir.Эрих Хонеккер на сайте "Герои страны".
Siyasi fəaliyyətin başlanğıcı və nasional-sosialistlərə müqavimətdə iştirak 1930-cu ildən Honekker AKP-nın üzvü olur. Sonradan AKP-dən Bundestaqa seçilən Otto Niberaal onun siyasi hamisi olur. Moskvadan qayıdan Honekker Saarland vilayətinin komsomol təşkilatının rəhbəri seçilir. Nasional-Sosialistlər hakimiyyətə gəldikdən sonra Almaniya Kommunist Partiyası qeyri-leqal vəziyyətə düşür, lakin Saar Millətlər Liqasının mandatı altında olduğundan Almaniya imperiyasının tərkibində daxil deyildi. Honekker bir müddət Almaniyada həbsdə yatsa da, sonradan sərbəst buraxılır. 1934-cü ildə o, Saara dönür və Johannes Hoffmann ilə birlikdə vilayyətin Almaniya ərazisinə daxil edlməsinə qarşı kampaniyada iştirak edir. 1934–1935-ci illərdə Honekker yaxın münasibətdə olduğu əvvəl AKP, sonradan ASP üzvü Herbert Veneranti ilə anti-faşist mübarizəsində birgə fəaliyyət göstərir. 1935-ci ilin 13 yanvarında keçirilən xalq səsverməsinə görə, Saar vilayəti Almaniya ərazisinə daxil edilir. Honekker Fransaya qaçmaq məcburiyyətində qalır. 1935-ci il avqustun 28-də Erik Honekker Martin Taden adı ilə qanunsuz şəkildə Berlinə gəlir. O özü ilə gətirdiyi çap maşını vasitəsilə mətbəə təşkil edir və yenidən antifaşist mübarizəsinə qoşulur. 1935-ci ilin dekabrında Honekker Gestapo tərəfindən həbs olunaraq Berlindəki Moabit Həbsxanasına yerləşdirilir.
1937-ci ilin iyununda Honekker 10 il azadlıqdan məhrum edilir və cəzasını çəkmək üçün Brandenburq həbsxanasına etap olunur. 1945-ci ilin yazında, nümunəvi davranış səbəbi ilə Honekker Berlində Barnimştrassedəki qadın həbsxanasına tikinti işlərinə göndərilir. 6 mart 1945-ci ildə hava hücumu zamanı Honekker qaçaraq həbsxana nəzarətçilərindən birinin mənzilində gizlənməyə müvəffəq olur. Lakin bir neçə gün sonra, həmin nəzarətçinin məsləhətinə görə, Honekker həbsxanaya dönür. Mühafizəçi və tikinti qrupunun rəhbəri Erixin Gestapodan qaçma faktını gizlədə bilirlər və o, maneəsiz olaraq Brandenburqa qayıdır. Aprelin 27-də, Sovet ordusu həbsxananı azad etdikdən sonra Honekker Berlinə yola düşür. Honekkerin həbsdən qaçışını məhbus yoldaşları ilə razılaşdırmaması, həmçinin onun Berlində gözdən itməsi, geri qayıtması və birbaşa Berlinə gedən azad edilmiş kommunistlərə qoşulmaması, habelə həbsxana nəzarətçisi ilə əlaqəsi, onun partiya yoldaşları ilə gələcək münasibətlərində böyük problemlər yaradırPeter Przybylski: Tatort Politbüro. Die Akte Honecker, Berlin 1991, S. 55–65, Ulrich Völklein: Honecker. Eine Biografie, Berlin 2003, S. 154–178.. Sonrakı xatirələrində və müsahibələrində Honekker hadisələrin fərqli bir versiyasını ortaya qoyur və dediyinə görə 1945-ci ilin aprelində sovet əsgərləri tərəfindən həbsdən azad edilmişdir.
Müharibədən sonrakı dövr 250px|thumb|right|Honekker üç ölkənin gəncləri ilə görüşdə Müharibənin sonunda Honekker AKP-də gənclərlə iş üzrə katib və Mərkəzi anti-faşist gənclər komitəsinin sədri təyin edilir. 1945-ci ilin mayında, Ulbrixtin birinci qrupunun tərkibində SSRİ-dən gələn Hans Male tərəfindən təsadüfən Honekker "kəşf olunur" və onu qrupun işinə cəlb edir. Valdemar Şmit Honekkeri Valter Ulbrixtə təqdim edir. Lakin yazın əvvəllərinə qədər Honekkerin gələcək işi ilə bağlı qərar qəbul edilmir, çünki partiya xətti ilə ona qarşı ciddi cəza tətbiq olunmuşdu. Onun 1945-ci ilin əvvəlində həbsdən qaçması faktı da müzakirəyə çıxarılırWolfgang Leonhard: Spurensuche. Köln 1992. ISBN 3-462-02170-2.. 1946-cı ildə Honekker, sədri seçildiyi Azad Alman Gənclər Birliyinin qurucularından biri kimi çıxış edir və bu vəzifəni 1955-ci ilə qədər daşıyır. ASDP ilə AKP-nın birləşməsindən sonra Honekker 1946-cı ilin aprel ayından AVSP üzvü olur.
ADR karyerası 250px|thumb|right|Honekker və Brejnev 1949-cu ilin oktyabrında Almaniya Demokratik Respublikasının yaranması ilə Erik Honekkerin siyasi karyerası yüksəlişə doğru sıçrayş edir. O, partiyanın gənclərlə iş üzrə katibi olaraq, 1950-ci ildə Berlində üç gənclər festivalını təşkil edir və ilk tədbirdən bir ay sonra AVSP Mərkəzi Komitəsinin Siyasi Bürosuna namizəd seçilir. Honekker, gənclər arasında kilsəyə qarşı təbliğatın tərəfdarlarından idi. 1953-cü il 17 iyun hadisələrindən sonra Honekker, Alman Matern ilə birlikdə partiya daxili müzakirələrdə Valter Ulbrixti açıq şəkildə dəstəkləyir, halbuki, Rudolf Gernştad başda olmaqla Siyasi Büro üzvlərinin əksəriyyəti Ulbrixtin istefasına çalışırdı. 1955-ci il mayın 27-də Erik Honekker Azad Alman Gənclər Birliyindəki səlahiyyətlərini Karl Namokelə təhvil verir. 1955–1957-ci illərdə Erik Honekker, Sov. İKP MK-nın Moskvadakı Ali Partiya Məktəbində təhsil aldığı zaman, Sov. İKP-nin XX Qurultayında iştirak edir və N. Xruşşovun İ. Stalinin şəxsiyyətinə pərəstişini ifşa etməsi məruzəsini canlı dinləyənlər arasında olur. ADR-ə qayıtdıqdan sonra, Erik Honekker 1958-ci ildə AVSP Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv qəbul edilir və təhlükəsizlik məsələlərinə cavabdehlik daşıyır. 1960-cı ildə Honekker Milli Müdafiə Şurasına daxil olunur. AVSP Mərkəzi Komitəsinin təhlükəsizlik katibi olaraq Honekker 1961-ci ilin avqustunda Berlin divarının inşasının əsas təşkilatçılarından biri olurБ. Бонвеч, А. Ю. Ватлина. Материалы конференции российских и немецких историков "Послевоенная история Германии: российско-немецкий опыт и перспективы". М., 2007.— 103 с..
Birinci katib Əgər Valter Ulbrixt yeni iqtisadi siyasətdə planlaşdırma və liderliyi prioritet kimi düşünürdüsə, Erix Honekker iqtisadi və sosial siyasəti vəhdətdə görürdü. 1971-ci il 3 mayında Honekker L. Brejnevin başçılıq etdiyi sovet rəhbərliyinin dəstəyi ilə Ulbrixti istefaya məcbur edir. ASVP-nın Mərkəzi Komitəsinin birinci katibi (1976-cı ildən — baş katib) vəzifəsinə seçilir. Hakimiyyət dəyişikliyində iqtisadi problemlər və istehsal müəssisələrində işçilərin narazılığı böyük rol oynayırOlaf Klenke: Betriebliche Konflikte in der DDR 1970/71 und der Machtwechsel von Ulbricht auf Honecker. In: Jahrbuch für Forschungen zur Geschichte der Arbeiterbewegung, Heft II/2004, Seitenzahl fehlt.. 1971-ci ildə Honekker Milli Müdafiə Şurasının sədri vəzifəsində də Ulbrixti əvəz edir və 29 oktyabr 1976-cı ildə ADR-in Xalq Palatası Honekkeri ADR Dövlət Şurasının sədri seçir. 1973-cü ildən bu vəzifəni tutan Villi Stoff, keçmiş vəzifəsinə ADR Nazirlər Sovetinin sədri vəzifəsinə qayıdır. Beləliklə, Erix Honekker ADR-də hakimiyyətin ən yüksək pilləsinə çatır. Honekker, İqtisadi İşlər üzrə Mərkəzi Komitənin katibi Günter Mittaq və dövlət təhlükəsizlik naziri Erix Milke ilə birlikdə bütün əsas qərarları qəbul edirdi. 1989-cu ilə qədər bu üç şəxsdən ibarət "kiçik strateji bir dəstə" tədricən qocalmış 520 nəfərlik bir siyasi elitanı idarə edən ADR-də hakim təbəqənin başında idiHans-Ulrich Wehler, Deutsche Gesellschaftsgeschichte, Bd. 5: Bundesrepublik und DDR 1949–1950, C. H. Beck, München 2008, S. 218.. Tarixçi Martin Zabrovun fikrincə, Honekker, Mittaq və Milkenin təkbaşına idarəçiliyi Almaniyanın yaxın keçmiş tarixində heç bir hakimiyyətdə olmamışdır. Hətta Ludendorff və Hitler də belə gücə malik deyildilər. Bu səbəbdən Zabrov onu "diktator" adlandırırdıMartin Sabrow: Der blasse Diktator. Erich Honecker als biographische Herausforderung. Vortrag im Rahmen des Institutskolloquiums des Zentrums für Zeithistorische Forschung am 9. Februar 2012 in Potsdam .. Honekker həmişə vətəndaşların müraciətlərinə dərhal cavab verirdi, buna görə də Zabrov onu hər haraya yetişən "öz dövlətinin ali xeyirxah başçısı" da adlandırırdı.