Mavas — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocavənd rayonunun təqribən Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş kənd.
Toponimikası Mavas– Xocavənd rayonunda kənd adı. Kənd Yuxari Qarabagın Çiləbörd kəndindən çıxmış ailələrin Mavas adlı dağın ətəyində saldıqları məntəqədir. Başqa məlumata görə Türkiyənin Diyarbəkir mahalından gəlmə ermənilərin kəndidir. Mavas dağının adındandır. Mavas– Xocavənd rayonunda dağ adı. Mənbədə dağın adı "Mavas–Xirxan" kimidir. "Albaniya tarixi" əsərində Mivs kimidir ("Albaniya tarixi"). Fars dilində məvə " dayanacaq", "pənahlıq" sözündəndir.B. Budaqov. Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı,2005
Azərbaycan toponimlərinin ensiklopedik lüğətinə əsasən, "mavas" türk dillərində "mavi gözlü, sarışın" mənasında işlənilir, və oykonimin etnotoponim olması hesab edilir.
Coğrafiyası Ərazi Köndələnçayın sahilində yerləşir.
Tarixi Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 28 sentyabr 1979-cu il tarixli Fərmanı ilə Mavas kəndi əslində mövcud olmadığına görə o vaxtkı Martuni rayonu Qırmızı Bazar qəsəbə Sovetinin yaşayış məntəqələri siyahısından çıxarılmaq haqqında o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi.
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Kənd ərazisi 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Həmçinin bax Xocavənd rayonu
Xarici keçid http://xocavend-ih.gov
İstinadlar
Kateqoriya:Xocavənd rayonunun ləğv olunmuş kəndləri