Sərraf Şiruyə, Şiruyə Həsənoğlu (tam adı: Hacıyev Şiruyə Həsən oğlu; ) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin (2005), Azərbaycan Jurnalistlər Birliyinin (2005) üzvü; "Qızıl qələm", "Məmməd Araz", "H. B. Zərdabi" mükafatları laureatı.

Həyatı Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində məşhur el şairi Həsən Xəyallının ailəsində anadan olub.Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh.95. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeir yazmağa başlamış, poeziyaya böyük maraq göstərmişdir.Məleykə Göyçəli, "ХХ-ХХI əsrin yaradıcı insanları", II cild, 2008. səh.220.

1958-ci ildə doğma Daşkənd orta məktəbini, 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.

1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" maarifçilik cəmiyyətində mühazirəçi işləmişdir.

1993–1997-ci illərdə dini mədrəsəni bitirmişdir.

Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir.Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.

Sərraf Şiruyə uzun müddət böyrək çatışmazlığından və xərçəng xəstəliyindən əziyyət çəkib. 2015-ci il dekabrın 8-də gecə saatlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.

Təltifləri Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Məmməd Araz" və "H. B. Zərdabi" mükafatları laureatıdır.

15 noyabr 2007-ci ildə "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin Vətənpərvərlik mövzusunda yazılmış şeirlərinə və poemalarına görə "Fəxri Fərman"ı ilə təltif edilmişdir.

Yaradıcılığı Erkən yaşlarından yaradıcılığa başlayan Sərraf Şiruyə 1962-ci ildən dövrü mətbuatda şeirləri ilə çıxış edir. İlk çap olunan əsəri "Qəzet nəyimə gərək" şeiridir.

Şairin ictimai-siyasi, lirik şeirləri pərəstişkarlarının dillər əzbəri olmuşdur.

Sərraf Şiruyə Qarabağ müharibəsi döyüşçülərinin qəhrəmanlığından bəhs edən və vətənpərvərlik mövzusunda 15-ə yaxın poemanın müəllifidir.

Kitabları "Ağlama, bülbül, ağlama", Bakı, "Gəncə" nəşriyyatı, 1994, 372 səh., 10.000 tiraj. "Ölümdən sonrakı ömür", Gəncə, "Gəncə" nəşriyyatı, 1997, 172 səh., 1000 nüs. "Bu ocağın odu sönməz", Gəncə, "Gəncə" nəşriyyatı, 1998, 76 səh., 200 nüs. "Cəsurlar", Bakı, "Gənclik", 2000, 100 səh., 500 nüs. "İgid ölər, adı qalar", Gəncə, "Gəncə" nəşriyyatı, 2002, 304 səh., 500 nüs. "Ayrılığın sonu varmış", Bakı, "Nurlan", 2006, 192 səh., 200 tiraj. "Könlüm Göyçəni istər", Bakı, "Nurlan", 2006, 192 səh., 1000 nüs. "Tərtərin yaralı cəngavərləri", Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2006, 288 səh., 400 tiraj. "Mən haqqa sığınmışam", Bakı, "Nurlan", 2007, 200 səh., 500 tiraj. "Hər görüş bir xatirədir", Bakı, "Nurlan", 2007, 248 səh., 500 tiraj. "Göyçədən gələn səslər", Bakı, "Nurlan", 2008, (164+20) səh., 200 tiraj. Seçilmiş əsərləri, I cild (Təcnislər), Bakı, "Nurlan", 2008, səh.180, 500 nüs. Seçilmiş əsərləri, II cild (Poemalar), Bakı, "Nurlan", 2008, 384 səh., 500 tiraj. Seçilmiş əsərləri, III cild (Poemalar), Bakı, "Nurlan", 2008, 320 səh., 500 tiraj. Seçilmiş əsərləri, IV cild (Qoşmalar), Bakı, "Nurlan", 2009, səh.304, 500 nüs. Seçilmiş əsərləri, V cild (Qoşmalar), Bakı, "Nurlan", 2010, səh.272, 500 nüs. Seçilmiş əsərləri, VI cild (Gəraylılar), Bakı, "Nurlan", 2010, 200 səh., 500 tiraj. "Ayrılıq belə düşdü", Bakı, "Qismət", 2014, (224+48) səh., 300 tiraj. ISBN 978-9952-8231-1-0 "Susma, ürək…", Bakı, "SkyG", 2015, 272 səh., 500 tiraj. ISBN 978-9952-440-08-05

Məqalələri

Filmoqrafiya Torpağımız... Tariximiz... Taleyimiz... (film, 2015)

Ədəbiyyat Mütəllim Həsənov, "Sərraf Şiruyənin təcnis çələngi". "Ədalət" qəzeti. № 65(3141). 18 aprel 2009-cu il. Həsən Hüseynov, "El şairi Sərraf Şiruyə". "Nəbz" qəzeti. № 18(757). 16 may 2009-cu il. Qara Namazov, "Sözün sərrafı". "Bizim söz" qəzeti. № 2. 15 iyun 2009-cu il. Ziyəddin Məhərrəmov, "Kökə bağlılığı yaşadan söz ustadı". "Ulduz" jurnalı/ № 2, 2012. səh. 56–58.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rəsullular Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Yeni Daşkənddə vəfat edənlər Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:Azərbaycanda xərçəng xəstəliyindən ölənlər Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:XXI əsr Azərbaycan şairləri