Maşanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Maşanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Maşanlı kəndi Soltanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Maşanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Kənd Araz Maşanlı da adlanır. Yaşayış məntəqəsini həmin rayondakı Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz çayı sahilində saldığına görə bələ adlandırmışlar. Oykonim Maşanlı nəslinin adını daşıyır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Arazın sahilində yerləşir.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri