Qoşabulaq — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Gədəbəy rayonunda da Qoşabulaq adında kənd var.
Cəbrayıl Ensiklopediyasına əsasən, bu yaşayış məntəqəsi oradakı Qoşabulaq adlanan bulağın adı ilə tanımışdı, həmçinin bu kəndin el arasında adına bəzən Dəmşalaq da deyirlər.
Coğrafiyası Qoşabulaq kəndi təqribən 397 m hündürlükdə Gəyan düzündə, düzənlikdə yerləşir.
Tarixi 1961-ci il üçün, Azərbaycan SSR-nin Cəbrayıl rayonunun Soltanlı kənd Sovetində Damşalax kəndi var idi.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı ilə Cəbrayıl rayolu ləğv olunmuş, ərazisi isə Füzuli rayonunun tərkibinə verilmişdi. 1 oktyabr 1963-cü il üçün Damşalax kəndi Azərbaycan SSR-nin Füzuli rayonunun Şahvəlli kənd Sovetinin tərkibində idi.
17 iyun 1964-cü ildə Cəbrayıl rayonu yenidən təşkil olunmuşdu.
Həm 1968-ci ilü üçün, həm 1977-ci il üçün, Azərbaycan SSR-nin Cəbrayıl rayonununda və Füzuli rayonununda Damşalax kəndi qeyd olunmurdu.
Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Qoşabulaq kəndi Şahvəlli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Xəritələrin müqaisəsi ilə nəticəyə gəlmək olar ki, Qoşabulaq kəndi əvvəlki Damşalax kəndinin yerində yerləşir. Həmçinin, Cəbrayıl Ensiklopediyasına əsasən, Qoşabulaq kəndinin adına bəzən el arasında Dəmşalaq da deyirlər.
Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Rayonun Qoşabulaq kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İkinci Qarabağ müharibəsi zamanı, 2 noyabr 2020-ci ildə kənd Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdi.
İqtisadiyyatı Keçmişdə kəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıq təşkil edirdi. İşğal vaxtı kənd dağıntılığa məruz qalmışdı.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri