Düzqışlaq (digər keçmiş adları - Abdullabəykürdü, Ağamalıoğlu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi adlandırılmış, Ağamalıoğlu kənd inzibati ərazi dairəsi Düzqışlaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir.

Toponimikası Kənd Gəncə-Qazax düzənliyindədir. Antropotoponimdir.

1925-ci ilədək kəndin adı Abdullabəykürdü olmuşdur. İnqilabdan əvvəl Düzqışlaq adlanan bu ərazidə Goranboy rayonunun Bağçakürd kəndindən olan abdullabəykürdü nəsli məskunlaşmışdı.

Sovet dövründə kəndin adı sovet dövlət xadimi, publisist Səmədağa Həsən oğlu Ağamalıoğlunun şərəfinə adlandırılmışdır. Memorial toponimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2776 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Goranboy rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Kateqoriya:Goranboy rayonunun kəndləri Kateqoriya:Azərbaycanın adı dəyişdirilmiş yaşayış məntəqələri