Şəfəq (keçmiş adı: Mollavələdli) — Azərbaycan Respublikasının Goranboy rayonunun Şəfəq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Gəncə-Qarabağ əyalətinin 1727-ci il tarixli müfəssəl dəftərində Gəncə qəzasının Şuturbasan nahiyəsində Mollavələdli kəndinin olduğu göstərilir. 1804-cü il Gəncəbasarın kameral təsvirində 6 ev olmaqla Mollavələdli kimi qeydə alınmışdır.
Toponimikası Kəndin keçmiş adı Mollavələdli olmuşdur. Yaşayış məntəqəsini mollavələdli (mollauşağı) nəslinə mənsub ailələr salmışlar. 1930-cu ildə kəndin adı dəyişdirilmiş və rəsmi olaraq Şəfəq adlandırılmışdır. Oykonim "işıqlı" həyata, gələcəyə inamı əks etdirir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Kənd Murovdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində, dəniz səviyyəsindən 678 metr hündürlükdə yerləşir. Qərbdən Qaraçinar, şərqdən Zeyvə kəndləri ilə qonşudur.
Tarixi abidə Goranboy rayonu Şəfəq kənd qəbiristanlığının ərazisində yerləşən, XII–XIII əsrlərə aid memarlıq abidəsidir. Kəsik dairə formalı türbə qırmızı kərpic və çay daşından Arran memarlıq üslubunda hörülmüşdür. Hündürlüyü 1.2 m, divarın eni 40 sm, giriş qapısının hündürlüyü 0.5 metrdir. Eni 1 metr olan səkkiz guşədən ibarətdir. Guşələr arasında kərpiclər 7 sm kənara çıxmışdır. Yarı uçuq vəziyyətdədir. Arxeoloq A. Məmmədov tərəfindən tədqiq olunmuşdur.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 745 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Şəkilləri
Həmçinin bax Goranboy rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Goranboy rayonunun kəndləri Kateqoriya:Şaumyan rayonunun kəndləri