ürəyin sağ mədəciyinin arterial konusundan başlayaraq, qalxan aorta kökünün qabaq səthilə sola və yuxarı doğru gedir, 4-cü və 5-ci döş fəqərəsi bərabərində aorta qövsünün altında iki uc şaxəyə: sağ və sol ağciyər arteriyalarına — arteriae pulmonales dextra et sinistra (rami dexter et sinister — BNA) ayrılır. Bunun diametri təxminən 3 sm və uzunluğu 4–5 sm-ə bərabərdir, başlanan ucunda aypara qapaqcıqlara müvafiq ciblər — sinus trunci pulmonalis vardır.

Ağciyər arteriyası (latınca arteria pulmonalis) — kiçik qan dövranının böyük (uzunluğu 5 sm, diametri 3 sm-ə qədər) qoşa qan damarları. Sağ mədəcikdən ayrılan ağciyər kötüyünün (truncus pulmonalis) davamı. O, ürəyə daxil olan və ondan çıxan bütün damarlardan qabaqda və solda yerləşir və ağciyərlərə venoz qan daşıyır.

İstinadlar

Mənbələr 25px|left Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie

İstinadlar

Kateqoriya:Anatomiya Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Ürək anatomiyası Kateqoriya:Ürək-damar sistemi Kateqoriya:Arteriya sistemi Kateqoriya:Arteriyalar Kateqoriya:Döş qəfəsi arteriyaları Kateqoriya:Tənəffüs sisteminin anatomiyası Kateqoriya:Döş qəfəsinin arteriyaları