Fatma Ağacabar qızı Cabbarova () — Azərbaycan diktoru, Azərbaycan SSR xalq artisti (1990).
Həyatı Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (1941) və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (1950) bitirmişdir. 1941–1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləmiş, Azərbaycan radiosunun diktoru olmuşdur. İnformasiya, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olmuşdur. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirmiş və radio kompozisiyalarında çıxış etmişdir.
Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 9 dekabr 1966 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 8 may 1990 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
İstinadlar
Kateqoriya:Diktorlar Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Radio diktorları