Ağakərim Məşədi Kərim oğlu Əminov və ya Ağa Əminov () — Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Həyatı Ağa Əminov 1888-ci ildə Bakıda anadan olmuşdur. 1907-ci ildə Bakıdakı gimnaziyanı başa vurduqdan sonra Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunda təhsil almışdır.

Ağa Əminov Peterburqda oxuyarkən azərbaycanlı tələbələrdən ibarət Həmyerlilər Cəmiyyətinin üzvü olmuşdur. 1911-ci ildə təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işində çalışmışdır.

Aprel işğalından sonra Ağa Əminov bir müddət "Azərneft" sistemində işləmişdir.

Ağa Əminov 1921-ci ildə Bakıda vəfat etmişdir.

Siyasi fəaliyyəti Ağa Əminov 1917-ci ilin aprelin 15–20-də Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayının iştirakçısı olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü left|thumb|350x350px|I Yusifbəyli hökumətinin üzvləri. Arxa sırada soldan 3-cü Ağa Əminov Ağa Əminov 1918–1919-cu illərdə "Müsəlman gecələri"nin əsas təşkilatçılarından biri olmuş və 1919-cu ilin mayında Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının yaradılmasında fəal rol oynamışdır.

Parlamentdə Ağa Əminov 18 fevral 1919 tarixində Müsavat Partiyası üzvü olaraq boşalan yerlərdən Ümum-Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Müsavat və Müsəlman Milli Komitələri tərəfindən tərtib olunmuş 10 nömrəli siyahı üzrə parlament üzvü seçilmişdir. O, parlamentdə qanun layihəsi komissiyasının üzvü olmuşdur.

Ağa Əminovun parlamentdəki son çıxışı 26 aprel 1920 tarixində keçirilən sayca 144-cü iclasda Orta təhsil məktəblərinin hazırlıq sinifl ərində dərs deyən müəllimlərin əmək haqqının artırılması haqqında qanun layihəsinin 2-ci müzakirəsi zamanı olmuşdur.Azərbaycan Respublikası Dövlət Arxivi, f. 895, s. 1, i. 288, v. 4–26.

Hökumətdə Ağa Əminov 1919-cu ilin martın 14-də təşkil olunan I Yusifbəyli hökumətində Müsavat üzvü olaraq ticarət və sənaye naziri vəzifəsinə təyin olunmuşdur.

Ağa Əminov nazir olduğu dövrdə iqtisadiyyatda liberallaşma xəttinə təşəbbüs göstərdi, neft və neft məhsullarının mal mübadiləsi aparmadan Azərbaycandan kənara sərbəst çıxarılması haqqında hökumət qərarının qəbuluna nail olmuşdur.

Ağa Əminov Azərbaycanda ilk dəfə olaraq məlumat alıb-ötürmək imkanlarının genişlənməsi üçün informasiya agentliyinin yaradılması ilə bağlı hökumətin hazırladığı qanun layihəsini parlamentə təqdim etmişdir. Sonradan onun bu çıxışı "AzərTAc" İnformasiya Agentliyinin yaradılmasında mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti olan "Azərbaycan" qəzeti 1920-ci il martın 2-də ilk dəfə olaraq "AzərTAC" imzası ilə nəşr olunmuşdur.N. Əhmədov. Cümhuriyyətin AzərTAC yadigarı: yaranma zərurəti və keçdiyi yol haqqında. "525-ci qəzet", 07.03.2018

Partiya fəaliyyəti Ağa Əminov 1912-ci ildə Müsavat Partiyasına üzv olmuşdur.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Sankt-Peterburqda təhsil almış azərbaycanlılar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin nazirləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:Azərbaycan aktivistləri Kateqoriya:Azərbaycan mühəndisləri