Sivəkəran — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin kənd inzibati ərazi dairəsində kənd.
Haqqında Sivəkəran kəndi Lənkəran çayının sahilində, Peştəsər silsiləsinin ətəyindədir. Yerli əhali arasında Sifəkon/Sefəkon adlanır. Oykonim sif/sef (talış dilində "alma" və kon "ev" sözlərindən yaranıb, "almalar evi" mənasındadır. Tarixçilərin məlumatına görə 1941–1945 müharibə dönəmində səngərə bu kənddən almalar göndərilirdi. Kənd turizm üçün çox əhəmiyyətli bölgədə yerləşir. Kənd iki taydan ibarətdir.
Mənbə Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, 2007
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri