Cəngan — Azərbaycan Respublikasının Salyan rayonunun Kür Qaraqaşlı kənd inzibati ərazi dairəsində kənd.
Kür çayının sahilində, Salyan düzündədir. Mustafabəyli, Birinci Rəncbərlər adları ilə də tanınır. Qaradolaqların cəngan tirəsinin adı ilə bağlı olduğu ehtimal edilir. Cəngan sözü "döyüş meydanı, vuruş yeri" mənalarında da işlənir. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
İstinadlar
Kateqoriya:Salyan rayonunun kəndləri