thumb|348x348px|Rəşid Behbudov Sevil operasında Balaş rolunda Rəşid Məcid oğlu Behbudov () — Azərbaycan müğənnisi, SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi.
Həyatı Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.
Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışmışdır.
Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov hərbi xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A. Eyvazın rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz orkestrində solistliyə başlayır. 1930-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. Həmin il Azərbaycan dövlət caz orkestrinin tərkibində İranda qastrol səfərində olmuşdur.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət almışdır. 1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda konserti olmuşdur. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin" mükafatı ilə təltif olunur.
1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.
1946–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953–1960-cı illərdə fasilələrlə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957–1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.
Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.
2015-ci il 14 dekabrda Heydər Əliyev Sarayında 100 illik yübileyi qeyd olunub.
Ailəsi Ceyran Behbudovanın (1935–2017) həyat yoldaşı, müğənni Rəşidə Rəşidin atası, Ənvər Behbudov və Nəcibə Behbudovanın qardaşıdır.
Təltif və mükafatları Sosialist Əməyi Qəhrəmanı — 23 aprel 1980SSRİ Xalq artisti R. M. Behbudova Sosialist Əməyi Qəhrəmanı adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 aprel 1980-ci il tarixli Fərmanı — anl.az saytı "SSRİ xalq artisti" fəxri adı — 9 iyun 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 20 iyun 1951 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1946 "Gürcüstan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 11 dekabr 1977 "Dağıstan MSSR xalq artisti" fəxri adı "Stalin" mükafatı (2-ci dərəcə) — 1946 (Arşın mal alan filmindəki Əsgər roluna görə) Azərbaycan SSR Dövlət mükafatı — 1978 (konsert proqramları üçün)Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı — anl.az 2 dəfə "Lenin" ordeni — 6 yanvar 1976; 23 aprel 1980 "Qırmızı əmək bayrağı" ordeni — 1 fevral 1966 "Xalqlar Dostluğu" ordeni — 13 dekabr 1985
Xatirəsi 1975-ci ildə Nazim Abbas tərəfindən çəkilmiş Azərbaycantelefilm istehsalı Rəşid Behbudov adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur. 1985-ci ildə Davud İmanov tərəfindən çəkilmiş Azərbaycantelefilm istehsalı Rəşid Behbudov adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur. 1991-ci ildə, Bakı şəhərində, keçmiş adı "Leytenant Şmidt küçəsi" və uzunluğu 2,16 km olan mərkəzi küçələrdən biri, Rəşid Behbudovun adına adlandırılmışdır. 19 oktyabr 1995-ci ildə, Rəşid Behbudovun 80 illiyi ilə əlaqədar qərar qəbul edilmişdir.Rəşid Behbudovun anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1995-ci il tarixli Qərarı — anl.az saytı 4 oktyabr 2016-cl ildə, adını daşıdığı küçədə və adını daşıdığı mahnı teatrının qarşısında abidəsi ucaldılıb. 18 noyabr 2016-cı ildə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən "Rəşid Behbudov" sürətli sərnişin gəmisi istismara verilmişdir.İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib . president.az, 18.11.2016 2025-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisi açılıb.
Əsərləri
Filmoqrafiya Arşın mal alan (film, 1945) Doğma xalqıma (film, 1954) Bəxtiyar (film, 1955) Səadət yolu ilə (film, 1956) (sənədli film) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) Romeo mənim qonşumdur (film, 1963) Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak edən Toyda görüş (film, 1970) (sənədli film) Ürəkdən-ürəyə (film, 1970) (sənədli film) 1001-ci qastrol (film, 1974) Rəşid Behbudov (film, 1975) (sənədli film) Azərbaycan elləri (film, 1976) (sənədli film) Nəğməkar torpaq (film, 1981) Rəşid Behbudov (film, 1985) (sənədli film) Ürək nəğməsi (film, 1989) (sənədli film) Absurdistan (film, 2008) (tammetrajlı bədii film)-ifasından istifadə edilən müğənni
İstinadlar
Xarici keçidlər
İzlə Rəşid Behbudovun sirli ölümü Səda — Rəşid Behbudovun anım günüdür (09.06.2016)
Kitablar Babayeva Məryəm. Rəşid Behbudovun sənətkarlığı (ali musiqi məktəbləri üçün dərs vəsaiti). Bakı: "Xəzər Universiteti", 2012.
Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:Gürcüstan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Dövlət mükafatı laureatları Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:SSRİ kişi müğənniləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri Kateqoriya:XX əsr Azərbaycan müğənniləri Kateqoriya:Tbilisinin fəxri vətəndaşları Kateqoriya:XX əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan film aktyorları Kateqoriya:Dağıstan MSSR xalq artistləri