Kolanı — Azərbaycan Respublikasının Salyan rayonunun Qarabağlı kənd inzibati ərazi dairəsində kənd. Düzənlikdədir.

Tarix XIX əsrdə Dağ Kolanı adı ilə Quşçu–Şamaxı yolu üstündə yaşayan kolanılar suyun olmaması üzündən Pirsaat çayının sol sahilinə köçərək indiki kəndin əsasını qoymuşlar. Yerli əhali yaşayış məntəqəsini Qumlavar Kolanısı da adlandırır. Oykonim kolanı tayfasının adı ilə bağlıdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi Bu kənddə Kolanlı tayfası meskunlaşıb təqribi olaraq 1845-ci illərdən məskunlaşan Kolanlılar buradan: Biləsuvar, Əli–bayramlı, Şamaxı və Naxçıvanın cənub qərbində oğuz türk tayfasından olan bu Kolanlılar adət–ənənələrini davam etdirirlər. Kolanlı tayfası qədim türk tayfaları arasında ən böyük tayfalardandır.

Salyan rayonunda yerləşən kolanlı tayfası özü də 3 hissəyə bölünüb: Şahbazlılar, Mənsimovlar və Məmmədovlar nəsli, lakin Məmmədovlar sonradan Şamaxıya köç ediblər bununla da əlaqə tam olaraq kəsilib.

Hal-hazırda Şahbazlılar və Mənsimovlar Biləsuvar rayonunda (keçmiş Puşkin) r-nunda daha çox məskunlaşıblar.

Foto məlumatlar

Kolanı kəndi 2018

Din Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Kateqoriya:Salyan rayonunun kəndləri