Cəfərxan — Azərbaycan Respublikasının Saatlı rayonunun Əbil kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi Əhalisinin sayı 460 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimikası Cəfərxan oyk., sadə. Muğan düzündədir. Oykonim cəfərxanlı nəslinin adı ilə bağlıdır. Bu nəslin nümayəndələri Babək r-nunun Hacıvar, Ordubad r-nunun Üstüpü kəndlərində də qeydə alınmışdır. Etnotoponimdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007
Təhsil Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı"Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Saatlı rayonunun Cəfərxan kəndində 100 yerlik körpələr evi uşaq bağçasının tikintisi üçün 1 512 000 manat vəsait ayrılmışdır."Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı xərclərin bölgüsünə dair SİYAHI" . president.az
İstinadlar
Kateqoriya:Saatlı rayonunun kəndləri