Tulallar — Azərbaycan Respublikasının Göygöl rayonunun Tulallar kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 2014-cü il avqustun 13-də AMEA Geologiya və Geofizika İnstitutu və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin əməkdaşları Göygöl rayonunun Tülallar kəndi ərazisində aşkarlanmış qızıl yataqlarına ezamiyyətə gediblər. 80 ton qızıl, 250 ton gümüş ehtiyatı hesablanmış ərazidə aparılmış tədqiqatlarda məqsəd təbii resursların tədqiqi və test nümunələrinin aparılması üçün araşdırmaların genişləndirilməsi olub.

Toponimikası Murovdağ silsiləsinin yamacındadır. Əsl adı Tülalılar olan bu yaşayış məntəqəsi keçmişdə bina olmuşdur. Yerli əhalinin məlumatına görə, bina Tül Alı (Tül onun ləqəbi olmuşdur) adlı şəxsə məxsus olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilərək Tülalılar adlandırılmışdır. Bu coğrafi ad tədricən təhrif olunaraq Tulalar, Tülallar variantlannda qeydə alınmışdır. Oykonimin dulu tayfa adı ila bağlılığı da mümkündür.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 207 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Göygöl rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Göygöl rayonunun kəndləri