Məzrə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sarıcallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Məzrə kəndi Sarıcallı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından azad edilmişdir.

Toponimikası

Tarixi 1918–1920-ci illərdə Azərbaycan–Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Məzrə kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 5 nəfər öldürülmüşdür.Mart Soyqırımı, Qarabağda Baş Verənlər

Coğrafiyası və iqlimi Kənd düzənlikdə yerləşir.

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri