Hacıiskəndərli — Azərbaycan Respublikasının Şabran rayonunun Çaraq kənd inzibati ərazi dairəsində kənd.
2 aprel 2010-cu il tarixli 982-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Dəvəçi rayonunun (indiki Şabran rayonu) Çaraq, Güləh, Hacıiskəndərli, Kyünçal, Təkyə və Uqah kəndləri Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çaraq kəndi mərkəz olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılması və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi qərara alınmışdı.
Toponimikası Kənd keçmişdə Hacıiskəndərqışlaq adlanırdı. Yaşayış məntəqəsi Hacı İskəndər adlı bir Şəxsin keçmiş qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Hacı İskəndərə məxsus kənd" deməkdir.
Coğrafiyası və iqlimi Kənd Samur–Dəvəçi ovalığında yerləşir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şabran rayonunun kəndləri