Bio — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd.
Etimologiyası Oykonimin düzgün adı Biəov olmalıdır. Yaşayış məntəqəsinin adı talış dilindəki biə "soyuq" və ov "su" sözlərindən yaranmışdır (Soyuqsu kəndi).Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
Biu Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Kənd öz adını yaxınlıqdakı mineral su bulağının adından almışdır. Əsli Büyəov olan bu hidronim Talış dilindəki buy (iy, qoxu) və ov (su) sözlərindən ibarət olub, "iyli, qoxulu su" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 143
İstinadlar
Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri