Siyaku — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd.
Kənddən rayon mərkəzinə olan məsafə təxminən 20–30 km.-dir. Kənddə beş tam, bir natamam orta məktəb, sahə xəstəxanası, poçt şöbəsi, klub və bir çox başqa tikililər mövcuddur.
Etimologiyası Coğrafi adın tərkibində Sıya talış dilində "qara", ku "dağ" deməkdir (Siyaku Qaradağ mənasında).Akademik Budaq Budaqovun Şəxsi Veb Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
Tarixi Tunc və antik dövrə aid yaşayış məskənidir.
Coğrafiyası və iqlimi Kəndin ərazisi 1227 hektardır.
Əhalisi Əhalisinin sayı 8000 nəfərdən çoxdur.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq və maldarlıqdır.
İstinadlar
Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri