Qaraxıdır — Azərbaycan Respublikasının Göyçay rayonunun Şəkər kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Şirvan düzündədir. Əsası Qara Xıdır adlı şəxs tərəfindən qoyulduğu güman olunduğu üçün kənd belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1552 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629
Din Kənddə Qaraxıdır kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .
Həmçinin bax Göyçay rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Göyçay rayonunun kəndləri