Alaşar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Komanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1604-cü ildə yaradılmışdır.
Etimologiya Alaşar kənd adının mənası talış dilində "alçaq dağlıq yer" deməkdir.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı Alaşar-Burovar silsiləsinin mərkəzi hissəsində, İinəpədərə çayının sahilindədir. XX əsrin əvvəllərində qışlaq yeri kimi qeydə alınmışdır. Adını ərazidəki eyniadlı dağdan almışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Toponimikası Alaşar-Burovar silsiləsinin mərkəzi hissəsində, şinəpədərə çayının sahilindədir. XX əsrin əvvəllərində qışlaq yeri kimi qeydə alınmışdır. Adını ərazidəki eyniadlı dağdan almışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Relyefi Alaşar Cəlilabad rayonu ərazisində dağ. Alaşar-Burovar sıra dağları da adlanır. Talış dağlarının ucqar Şimal-Şərqində silsilədir. Bu dağ silsiləsi alcaq olub, ən Hündürlüyüdur zirvələri 1000 m.-dən artıq yüksəlir. Türk dillərində alasar "alcaq yer", burovar "yüksəklik, dağ" mənalarını ifadə edir. Oronim "alcaq dağlar" deməkdir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 392 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri