Əliabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Sərhədabad kənd inzibati ərazi dairəsində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Əliabad kəndi Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.
Coğrafiyası və iqlimi Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 798 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Din Kənddə Əliabad kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cəlilabad rayonunun kəndləri