Böyük Kəngərli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Böyük Kəngərli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Yuxarı Şirvan kanalının sahilində, Şirvan düzündədir. Etnotoponimdir. Birinci komponent ərazinin sahəsinin genişliyini bildirir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 638 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Kürdəmir rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Kürdəmir rayonunun kəndləri