Qoçulu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Mehdili kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Kürdəmir rayonunun Qoçulu kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Yaşayış məntəqəsini qoçulu nəslinə məxsus ailələr saldığına görə bələ adlandırılmışdır.

Tarixi Kənd 1993-cü ildə yaradılmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi.IV. Bölüm Şah Abbas Devri (995 – 1037 = 1587 – 1628). A — Büyük Oymaklar. 2 — Ustacalu. e) Koçulu, sayfa 162, 166.// Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü (Şah İsmail ile Halefleri ve Anadolu Türkleri). — Pr. Dr. Faruk Sümer. Selçuklu Tarih ve Medeniyeti Enstitüsü Yayınları, Tarih Dizisi No 2. Ankara: Güven Matbaası, 1976, 265 sayfa.

Coğrafiyası və iqlimi Kənd Kür çayının sahilində, Şirvan düzündə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 630 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Kürdəmir rayonunun kəndləri