Öyləqulu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Mehdili kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Kürdəmir rayonunun Öyləqulu kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Oykonim Övliya Qulu adının təhrif olunmuş forması hesab edilir. Keçmişdə kəndin ərazisində müqəddəs hesab edilən Qulu piri olmuşdur. Kənd pirin adı ilə adlandırılmışdır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 796 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Kürdəmir rayonunun kəndləri