Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə.

Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.

İstinadlar

Kateqoriya:Qaradağ rayonunun qəsəbələri Kateqoriya:Bakının qəsəbələri