"Çağırış" () — rejissor Mustafa Akkadın filmi.
Məzmun
Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir.
Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur.
Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır. Bu vuruşmadan sonra Kəbə əhalisi də onun peyğəmbərliyini və Allahın elçisi olmasını qəbul edir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: H.A.L. Kreiq Rejissor: Mustafa Akkad Operatorlar: Səid Beyker, Cek Hildyard, İbrahim Salam Bəstəkar: Moris Jarr Montaj edənlər: Con Blum, Hüseyn Əfifi Prodüserlər: Mustafa Akkad, Harold Bak, Məhəmməd Sənusi
Rollarda Aktyor Rol Entoni Kuinn Həmzə Ayren Papas Hind Maykl Ansara Əbu Süfyan Maykl Forest Xalid ibn Vəlid Conni Sekka Bilal HəbəşiGarrick HagonƏmmar İven Solon Yasir Andre Morell Əbu Talib Volf Morris Əbu Ləhəb Rozali Kraçli Süməyyə Nevill Ceyson Cəfər Demien Tomas Zeyd Ronald Li-Hant I İrakli Cundi Hassan II Xosrov
İstinadlar
Xarici keçidlər
Həmçinin bax Çöl aslanı (film, 1981)
Kateqoriya:Mərakeş filmləri Kateqoriya:Liviya filmləri Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Mustafa Akkadın filmləri Kateqoriya:1976-cı ilin filmləri Kateqoriya:VII əsr haqqında tarixi filmlər Kateqoriya:İslam haqqında filmlər Kateqoriya:Məhəmməd haqqında filmlər Kateqoriya:Ərəbcə filmlər Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:Birinci şəxs nöqteyi-nəzərindən çəkilmiş filmlər Kateqoriya:Böyük Britaniyanın bioqrafik dram filmləri Kateqoriya:Böyük Britaniyanın macəra filmləri Kateqoriya:İngilis dilində macəra dram filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş macəra filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Dramlar Kateqoriya:Orta əsrlər haqqında filmlər