Sübhanın meyvəsi () — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Yabanı halda Asiyada və Avropanın kölgəli, rütubətli ərazilərində yayılmışdır.
Botaniki təsviri Kolun hündürlüyü 2 m-ə qədərdir. Yarpaqları 3–5 dilimli olub, uzunluğu 3–5 sm-dir. Çiçəkləri sarı-yaşılı rəngli, kasaşəkilli formalı, 5 sm uzunluğunda salxımlarda seyrək halda yerləşir. May ayında çiçəkləyir, meyvələri iyunda yetişir. Meyvələri qırmızı, turş, yumru, diametri 8–12 mm olan giləmeyvədir.
Ekologiyası Bitki bitmə şəraitinə az tələbkar, zərərverici və xəstəliklərə davamlıdır.
Azərbaycanda yayılması Quba-Qusar, Lənkəran və digər bölgələrdə həyətyanı sahələrdə becərilir.
İstifadəsi Yeyinti sənayesində marmelad, jele, kisel, cem, meyvə şirələri və digər konserv məmulatlarının istehsalında istifadə edilir. Qırmızı qarağatın giləmeyvələrində C vitamini vardır, mürəbbə hazırlanmasında da istifadə edilir. Meyvələrinin müalicəvi-dietik qidalanmada böyük əhəmiyyəti vardır. Onların tərkibində şəkər, üzvi turşular, mineral duzlar, giləmeyvələrində pektin maddələri vardır. Xalq təbabətində giləmeyvələri qədimdən zökəmə, qan dövranının bərpasında, baş ağrısında və yaraların sağaldılmasında istifadə edilir. Qırmızı qarağatın şirəsi soyuqdəymə xəstəliklərinə qarşı yaxşı vasitə hesab olunur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Giləmeyvələr Kateqoriya:Avropa florası Kateqoriya:Qida bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Yeməli vəhşi bitkilər