Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri.
Tarixi thumb|250px|Bibiheybət çimərliyi XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır.
Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var.Əfəndiyev V.Ə., Qadımov F.E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s. 121
Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır.
Mədəniyyəti Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Xarici keçidlər Paytaxt qəsəbələrində abadlıq-quruculuq işləri genişləndirilir Bibiheybət: köhnə qəsəbənin yeni həyatı
Həmçinin bax Səbail Bibiheybət məscidi
İstinadlar
Kateqoriya:Səbail rayonunun qəsəbələri Kateqoriya:Bakının qəsəbələri Kateqoriya:Azərbaycanın sahilyanı yaşayış məntəqələri Kateqoriya:Azərbaycanın adı dəyişdirilmiş yaşayış məntəqələri