Altınca — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir

Toponimikası Altınca kəndi Həkəri çayının sahilində, dağətəyi erazidədir. Keçmiş adı Altınca Qiyaslı, yaxud Narlı Qiyaslı olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, XIX əsrdə Naxçıvanın Nehrəm kəndindən qiyaslı nəslinə mənsub ailələr Narlı (Narlı-dərə) adlanan bu əraziyə keçərək kəndin bünövrəsini qoymuşlar. Bu oykonim 1917 və 1933-cü illərdə Altıncı, 1961-ci ildə Altıncı şəklində qeydə alınmışdır. Türk dillərində altın/altun "qızıl", "mis" mənasında işlənir, -çı isə peşə, sənət bildirən şək.-dir. Beləliklə, əsli Altıncı olan bu oykonim "zərgər" və ya "misgər" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Həmçinin bax Qubadlı rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri