Bülənd Ulusu () – Türkiyə Respublikasının Baş naziri (1980–1983-cü illər).

Həyatı Saim Bülənd Ulusu 1923-cü ildə İstanbulda anadan olmuşdur. 1 may 1940-cı ildə Hərbi Dəniz Məktəbinə daxil olmuş və 15 oktyabr 1941-ci ildə "asteğmen" (ən kiçik hərbi rütbə) rütbəsi alaraq buranı bitirmişdir. Bundan sonra müxtəlif qərargah vəzifələrində çalışmışdır. 1955-ci ildə Hərbi Dəniz Akademiyasını bitirmişdir. TCG Gaziantepe Komutanlığı və müxtəlif qərargah vəzifələrini icra etmiş və briqada generalı rütbəsinə (1964-cü il) qədər yüksəlmişdir.

Bu rütbədə Dəniz Qüvvələri Komutanlığı Harekat Dairə Başqanlığında mina flotunda komandir köməkçisi vəzifəsində çalışmış, 1967-ci ildə general-mayor rütbəsi almışdır. Hərbi Flot Komandanlığı və Dəniz Qüvvələri Komandanlığı Hətəkatı Başqanlığında çalışmışdır. 1970-ci ildə general-leytenant rütbəsi almışdır. Şimal Dəniz Sahə Komandanı,, Dəniz Qüvvələri Komandanlığı qərargah rəisi və Dəniz qüvvələri Komandanı vəzifələrini yerinə yetirmiş və 1974-cü ildə general rütbəsini almışdır.

Ali Hərbi Şura üzvü, Müdafiə Nazirliyində nazir müavini vəzifələrində çalışmışdır. 1977–1980-ci illərdə Dəniz Qüvvələri Komandanı vəzifəsini icra etmişdir. 1980-ci il avqust ayında ordudan tərxis olunub.

12 iyul 1980-ci ildə Türkiyədə baş verən dövlət çevrilişdən sonra hökuməti qurmaq ona tapşırıldı. Azad seçkilərin keçirildiyi 1983-cü il tarixinə qədər Türkiyənin Baş naziri oldu. 1983-cü il seçkilərindən sonra XVII çağırış İstanbul millət vəkili olmuşdur.

Evlidir, 1 uşağı var idi.23 dekabr 2015-ci ildə 92 yaşında İstanbulda vəfat edib.

Mükafatları Türk Silâhlı Kuvvetleri Üstün Hizmet Madalyası, Tunus Devlet Başkanlığından Üstün Liyakat Madalyası, A. B. D. Savunma Bakanlığı Üstün Hizmet Madalyası.

İstinadlar

Kateqoriya:Türk siyasətçilər Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:Türkiyə baş nazirləri Kateqoriya:İstanbul ilinin deputatları