Məzmun Burada keçmiş SSRİ-nin paytaxtında general ailələrindən birində baş verən faciəli hadisədən danışılır. Ailənin timsalında o vaxtkı sovet cəmiyyətinin modeli verilmişdir.

General Mixail Romanoviçin (Yuri Yakovlev) beynəlmiləl ailəsində faciə baş verir. Onun qızlarından biri (Olqa Bulanova) şəhər kənarındakı bağında qətlə yetirilir. Təhqiqat materiallarına əsasən generalın sürücüsü Raufdan (Fəxrəddin Manafov) şübhələnirlər. Amma sonra məlum olur ki, qızı öz bacısı (Tatyana Lyutayeva) qətlə yetiribmiş... Bu çirkin ailə əhvalatını ört-basdır etmək üçün filmin personajları dəridən-qabıqdan çıxırlar. Bir dam altında yaşamalarına baxmayaraq ailə faktiki olaraq dağılır.

Film qəhrəmanların başına gələn bəla nəticəsində şəxsiyyətin mənəvi böhranını açıb göstərir.

Film haqqında Film Jorj Simenonun hekayəsinin motivləri əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Jorj Simenon Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rasim Ocaqov Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Rafiz İsmayılov, S.Portnoy Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Akif Nuriyev Rejissor: Rafiq Dadaşov Operator: Tərlan Babayev Geyim rəssamı: S.Başlıkova Qrim rəssamı: Elbrus Vahidov Montaj edən: Nelli Dadaşova Rejissor assistenti: A.Mixeyev Operator assistenti: Etibar Şirinov Səs operatoru assistenti: Teymur Abdullayev Montaj üzrə assistent: L.Hacıverdiyeva Fotoqraf-rəssam: Tofiq Kərimov İşıq ustası: Tahir Bağırov Çalır: Yeni Moskva Simfonik Orkestri Dirijor: Konstantin Krimets Redaktor: Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi) Filmin direktoru: Rimma Abdullayeva

Rollarda Tatyana Lyutayeva — Lena Fəxrəddin Manafov — Rauf Aleksey Bloxin — Adik Donatas Banionis — müstəntiq Yuri Yakovlev — Mixail Romanoviç Elina Bıstritskaya — Kira Aleksandrovna Olqa Bulanova — Daşa İvars Puqa — Andris Viktor Proskurin — qonşu Şurik Andrey Şotin — Saşa

Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362; 367.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1991-ci ilin Azərbaycan filmləri Kateqoriya:Detektiv filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Rasim Ocaqovun filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1991-ci ilin filmləri