Səkinə İmanova Dadaş qızı (1908–1975) — Sosialist Əməyi Qəhrəmanı (1948).

Həyatı İmanova Səkinə Dadaş qızı 12 avqust 1908-ci ildə indiki Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur.

1948-ci ildə Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdür. 1944-cü ildən Sovet İttifaqı Komunist Partiyasının üzvü, 1932–1956-cı illərdə Telman adına kolxozda manqa başçısı işləmişdir. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.

12 avqust 1975-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:SSRİ pambıqçıları Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər